...

Bakı sürücülərinin nəzərinə: paytaxtın əsas yollarından biri bağlanır

Cəmiyyət Materials 5 Sentyabr 2013 10:37 (UTC +04:00)
Sentyabrın 5-dən 6-na keçən gecə saat 00.00-dan etibarən Tbilisi prospekti ilə Salamzadə küçəsi kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində (Nəqliyyat Nazirliyinin İnzibati binasının yanından) olan yolda tam yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar olaraq avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.
Bakı sürücülərinin nəzərinə: paytaxtın əsas yollarından biri bağlanır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Sentyabrın 5-dən 6-na keçən gecə saat 00.00-dan etibarən Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində (Nəqliyyat Nazirliyinin İnzibati binasının yanından) olan yolda tam yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar olaraq avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev deyib ki, həmin hissədə yol bir neçə günə açılacaq.

Bunu nəzərə alaraq, həmin yol ilə avtomobil sıxlığının, yol qəza hadisələrinin, tıxacların yaranmaması üçün sürücülərdən 9-cu mikrorayon ərazisi üzrə küçə və yollardan alternativ yol kimi istifadə edilməsi xahiş edilir. Və yaxud sürücülər Həsən Əliyev-Tbilisi prospektləri kəsişməsindən Yasamal rayonu ərazisindən keçərək 3-cü kənar dairəvi yolla əsas magistrala çıxıb bölgələr istiqamətində sərbəst hərəkət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti