...

DİN: Türkiyə polisinin nümayişçinin ölümünə aidiyyəti yoxdur

Cəmiyyət Materials 11 Sentyabr 2013 16:24 (UTC +04:00)
Türkiyənin Hatay vilayətində nümayişçi Əhməd Atakanın ölümü damdan yıxılması ilə bağlıdır və Türkiyə polisinin onun ölümünə aidiyyəti yoxdur.
DİN: Türkiyə polisinin nümayişçinin ölümünə aidiyyəti yoxdur

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Hatay vilayətində nümayişçi Əhməd Atakanın ölümü damdan yıxılması ilə bağlıdır və Türkiyə polisinin onun ölümünə aidiyyəti yoxdur. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Müəmmər Gülər deyib.

Nazir bildirib: "Tibbi ekspertiza göstərib ki, Atakan damdan yıxılma nəticəsində ölüb. Polisin Atakanın ölümünə heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, avqustun 9-da Türkiyənin Hatay əyalətinin Antakya rayonunda hakim Ədalət və İnkişaf Partiyasının yürütdüyü siyasətdən narazı olan şəxslər etiraz aksiyası keçiriblər. Aksiya zamanı ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma baş verib. Qarşıdurmalar nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.

Xatırladaq ki, Türkiyədə bu ilin may ayında təxminən üç həftə ərzində etiraz aksiyaları keçirilib. Rəsmi Ankara nümayişlərin antihökumət xarakteri daşıdığını bəyan edib.

Həmin vaxt baş verən qarşıdurmalar nəticəsində dörd minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, 5 nəfər ölüb, 4,9 minə yaxın insan isə polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti