...

Azərbaycan Tokioda keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Cəmiyyət Materials 12 Sentyabr 2013 14:57 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2013" Beynəlxalq Turizm Sərgisində iştirak edir.
Azərbaycan Tokioda keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2013" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Trend nazirliyin saytına istinadən xəbər verir ki, sərgi sentyabrın 12-dən 15-dək davam edəcək.

Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 45 kv.m sahədə xüsusi lövhə quraşdırılıb.

2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, "JATA" Beynəlxalq Turizm Sərgisində iştirak edirlər. Bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı 150 ölkədən olan şirkətlər təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti