...

Azərbaycanda heyvan dişləmələrinin sayı azalıb

Cəmiyyət Materials 13 Sentyabr 2013 15:23 (UTC +04:00)
Azərbaycanda heyvan dişləmələrinin sayı azalıb. Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.
Azərbaycanda heyvan dişləmələrinin sayı azalıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda heyvan dişləmələrinin sayı azalıb. Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 10 105 nəfəri heyvan dişləyib. Ötən ilin yanvar-iyun ayları ərzində isə respublikada 11 003 heyvan dişləməsi baş verib. Bu il baş verən heyvan dişləmələrinin sayı ötən illə müqayisədə 898 hal az olub.

R.İsmayılova bildirib ki, bu il Azərbaycanda qeydə alınmış heyvan dişləmələrinin ən çoxu itlər tərəfindən törədilib. Bu il baş vermiş bütün heyvan dişləmələrinin 8747-si itlər, 376-sı pişiklər tərəfindən edilib. Qalan dişləmələr digər heyvanlar (at, eşşək, inək, siçovul və s.) tərəfindən edilib.

Onun sözlərinə görə, heyvan dişləmələri daha çox ölkənin böyük şəhərlərində - Bakı, Sumqayıt, Gəncədə və sərhəd rayonlarında baş verib. Ölkənin böyük şəhərlərində heyvan dişləmələrinin sayının çox qeydə alınması həmin şəhərlərdə əhalinin sayının çox olması ilə bağlıdır.

Stansiyanın şöbə müdiri qeyd edib ki, buna baxmayaraq, Bakıda bu il heyvan dişləmələrinin sayı ötən illə müqayisədə 50 faiz azalıb. Ötən ilin yanvar-iyul ayları ərzində Bakıda 5317 heyvan dişləməsi qeydə alındığı halda, bu iilin müvafiq dövründə həmin say 2827 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti