...

Məleykə Abbaszadə: TQDK açıq siyasət aparır

Cəmiyyət Materials 16 Sentyabr 2013 19:42 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası attestat qiymətlərini Təhsil Nazirliyinə təqdim edib. Bu sahədə komissiyanın apardığı siyasət açıqdır.
Məleykə Abbaszadə: TQDK açıq siyasət aparır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası attestat qiymətlərini Təhsil Nazirliyinə təqdim edib. Bu sahədə komissiyanın apardığı siyasət açıqdır. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bu il buraxılış imtahanlarında "2" qiymət alan məzunların qəbul imtahanlarında göstərdikləri nəticələrə əsasən gözlənilənləri doğruldub-doğrultmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

M.Abbaszadə bildirib ki, həm Təhsil Nazirliyi, həm də TQDK bu istiqamətdə araşdırmalar aparır: "128 nəfər attestat imtahanında bir fəndən "iki" qiyməti alıb. Məsələn, orta məktəb şagirdlərindən biri qəbul imtahanında 500 baldan yuxarı nəticə göstərmişdi. Buraxılış imtahanında ana dilindən "5" qiymət alsa da, riyaziyyatdan yeddi suala cavab verərək "iki" qiyməti almışdı. Qalan fənlərdən isə 90-95 faiz müsbət nəticə göstərmişdi".

TQDK sədri onu da vurğulayıb ki, III qrup üzrə imtahan verən 30 min abituriyentin arasında bu yeganə belə misaldır. Onun sözlərinə görə, həmin 128 abituriyentin 50-yə yaxını qabiliyyət tələb edən ixtisaslara qəbul olunublar: "Onlar 100 baldan aşağı nəticə göstəriblər. Onlar buraxılış imtahanlarında "2" qiymət alıb, 100 baldan aşağı nəticə göstərərək qabiliyyət tələb edən müvafiq ixtisaslara qəbul olunublar. Qalanları isə 150-200 bal arasında nəticə göstəriblər. Bu da təbiidir. Ümumilikdə imtahanda iştirak edən 60 min məzundan 128 nəfəri elə də böyük rəqəm deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti