...

AMEA-da yeni kadr təyinatı olub

Cəmiyyət Materials 7 Oktyabr 2013 11:10 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil və kadrlar şöbəsinin rəis müavini təsdiq edilib.
AMEA-da yeni kadr təyinatı olub

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil və kadrlar şöbəsinin rəis müavini təsdiq edilib.

Trend Akademiyanın saytına istinadən xəbər verir ki, AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA RH Mərkəzi Aparatının Təhsil və kadrlar şöbəsinin rəis müavini vəzifəsinə Svetlana Kərimova təsdiq olunub.

S.Kərimova 1956-cı ildə anadan olub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. AMEA RH Mərkəzi Aparatının Doktorantura və kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti