...

Fizuli Ələkbərov Mingəçevirdə vətəndaşların növbəti qəbulunu keçirəcək

Cəmiyyət Materials 17 Oktyabr 2013 10:52 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov növbəti dəfə oktyabrın 18-də respublikanın Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Fizuli Ələkbərov Mingəçevirdə vətəndaşların növbəti qəbulunu keçirəcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov növbəti dəfə oktyabrın 18-də respublikanın Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə cümə axşamı Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, qəbul zamanı bölgədə yerləşən rayonların (Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Goranboy, Naftalan) 70 nəfərdən artıq sakininin "Açıq qapı" şəraitində müraciətləri dinləniləcək. Bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, müvafiq tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.

Qəbulda, həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özündəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti