...

Koroğlu YUNESKO-nun mədəni irs siyahısına salına bilər

Cəmiyyət Materials 18 Oktyabr 2013 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

XVI əsrdə yaşayan xalq qəhrəmanı Koroğlunun YUNESKO-nun mədəni irs siyahısına salınması məsələsi gündəmə gətirilib. Trend Trükiyənin "Bu gün" qəzetinə istinadən bildirir ki, Türkiyənin Bolu Bələdiyyə başçısı Ələddin Yılmaz bu məsələ ilə bağlı YUNESKO ilə danışıqlar apardığını deyib.

Onun sözlərinə görə, Koroğlunun YUNESKO-nun mədəni irs siyahısına alınması üçün Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Qazaxıstan Türkiyə ilə birlikdə çalışacaqlar: "Qərb dünyasının qəhrəmanı olan Robin Qudu dünya tanıyır. Koroğlunu da bütün dünya tanımalıdır. Bu, bizim gələcək nəsillər üçün böyük bir tarixi məsuliyyətimizdir".

Ə.Yılmaz bildirib ki, Koroğlunun dünyaya tanıdılması üçün Boluda 90 min kvadrat metr ərazidə Koroğlu Parkı salınacaq. Bu parkda Bolunun hər yerindən görünə biləcək 25 metr hündürlüyündə Koroğlunun nəhəng heykəli qoyulacaq. Koroğlu ilə əlaqədar sənədlər parkdakı Koroğlu Muzeyində nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti