...

Hüseynqulu Bağırov: Hasilatın artmasına baxmayaraq, Xəzərdə çirklənmə 10 dəfələrlə azalıb

Cəmiyyət Materials 21 Noyabr 2013 12:34 (UTC +04:00)
"Hasilatın artmasına baxmayaraq, Xəzərdə çirklənmənin səviyyəsi 10 dəfələrlə azalıb". Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə deyib.
Hüseynqulu Bağırov: Hasilatın artmasına baxmayaraq, Xəzərdə çirklənmə 10 dəfələrlə azalıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/

"Hasilatın artmasına baxmayaraq, Xəzərdə çirklənmənin səviyyəsi 10 dəfələrlə azalıb". Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə deyib.

Onun sözlərinə görə, artıq Xəzər dənizinin suyunun təmizlənməsində Sovet dövründən qalmış ənənəvi texnologiyalardan istifadə olunmur.

Nazir bildirib ki, Xəzərdə yeganə çirklənmə mənbəyi su altında qalmış, yaxşı konservasiya olunmayan, Sovet dövründən qalmış quyulardan sızan axıntılardır: "Bu problem təkcə Azərbaycanda deyil. Bu, "Neft daşları" ətrafında baş verir. Ancaq hasilatın artmasına baxmayaraq, çirkinlənmə 10 dəfələrlə azalıb. Çünki daha modern texnologiyalardan istifadə olunur".

H.Bağırov onu da deyib ki, reytinqi olmayan bəzi kiçik təşkilatlar siyasi məqsədilə Sumqayıtı hər dəfə çirkli şəhərlər siyahısına salırlar: "Ancaq hamımız bilirik ki, SSRİ dövründə Sumqayıt və ona yaxın Xəzər sahilləri bir mövzu idi, bu gün isə başqa bir mövzudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti