...

Səhiyyə Nazirliyi "Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları"nı hazırlayıb

Cəmiyyət Materials 26 Dekabr 2013 14:13 (UTC +04:00)
Səhiyyə Nazirliyi "Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları"nı hazırlayıb.
Səhiyyə Nazirliyi "Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları"nı hazırlayıb

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyi "Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları"nı hazırlayıb. Trend-in məlumatına görə, Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, mövcud problemlərdən biri də qeysəriyyə kəsiyi əməliyyatlarının son illər ərzində ilbəil artmasıdır.

Tibbi göstəriş olmadan belə əməliyyatların həyata keçirilməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən "Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları" və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilib.

E.Ağayev deyib ki, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramının, həmçinin yenidoğulanların "Elektron sağlamlıq kartları" ilə təmin edilməsi, "Yoluxucu xəstəliklərinin immunoprofilaktikası" proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olub.

Cari ildə antenatal xidmətin təşkilində və hamilələrin hospitalizasiyasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu məqsədlə nazirlik tərəfindən tibb müəssisələrinin bu sahədə fəaliyyətini tənzimləyən normativ sənədlər qəbul olunub. Hazırda hospitalizasiya bölgü prinsipi əsasında, perinatal yardım səviyyələri üzrə müəssisələrə uyğun olaraq həyata keçirilir.

E.Ağayev deyib ki, əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2013-cü ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2013-cü ildə 14,5-a enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti