...

Latviya Prezidenti Andris Berzinş: “Heydər Əliyev özü bir eradır” (FOTO)

Cəmiyyət Materials 7 Yanvar 2014 14:43 (UTC +04:00)
2013-cü ilin dekabr ayında "Ambassador Club Magazine" jurnalının Latviya Prezidenti Andris Berzinş ilə eksklüziv müsahibənin dərc olunduğu son nömrəsi çıxdı.
Latviya Prezidenti Andris Berzinş: “Heydər Əliyev özü bir eradır” (FOTO)

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

2013-cü ilin dekabr ayında "Ambassador Club Magazine" jurnalının Latviya Prezidenti AndrisBerzinş ilə eksklüziv müsahibənin dərc olunduğu son nömrəsi çıxdı.

Azərbaycan və Latviya arasında mövcud iqtisadi əməkdaşlıq və bu əməkdaşlığın perspektivləri məsələlərinə toxunan Prezident bildirib ki, Latviya və Azərbaycanın bir prinsipi var - müstəqillik.

Baxmayaraq ki, Andris Berzinş 2011-ci ildən Latviyanın Prezidentidir və ümummilli lider Heydər Əliyev ilə şəxsən görüşməyib, o, hesab edir ki Heydər Əliyev özü bir eradır: "Mən Heydər Əliyevə həsr olunmuş muzeyi ziyarət etdiyim zaman onu əhatə edən mühitlə təmasda olduğum üçün xoşbəxt idim. Heydər Əliyev başqalarından fərqli olaraq, uzaqgörən insan idi".

Jurnalın ilk səhifələrində güclü şəxsiyyət, istedadlı rəhbər və xalqının böyük lideri Heydər Əliyev haqqında dünyanın məşhur insanlarından sitatlar da nəşr olunub.

"Ambassador Club Magazine" jurnalı Azərbaycanda Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) təşəbbüsü ilə yaradılmış, Ambassador Club-ın çap orqanıdır.

Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatası beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilatın baş ofisi Brüsseldə yerləşir. Bu təşkilat 1998-ci ildə təsis edilmişdir və hal-hazırda dünyanın 45 ölkəsində nümayəndəliyi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti