...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi "Bakı" adlı neft tankerinə malik deyil

Cəmiyyət Materials 7 Yanvar 2014 22:36 (UTC +04:00)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzər dənizi hövzəsindən kənarda tanker və ya hər hansı digər gəmiyə malik deyil. Bu barədə Trend-ə QSC-dən bildiriblər.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi "Bakı" adlı neft tankerinə malik deyil

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzər dənizi hövzəsindən kənarda tanker və ya hər hansı digər gəmiyə malik deyil. Bu barədə Trend-ə QSC-dən bildiriblər.

"Reuters" agentliyinin məlumatına görə, "Bakı" neft tankeri Liviyada silahlı döyüşçülərin nəzarəti altında olan ərazidə atəşə məruz qalıb və Malta tərəfə üzüb getməyə məcbur edilib.

Agentliyin yaydığı məlumata əsasən, neftlə yüklənmiş "Bakı" tankeri İsveçrədə qeydiyyatda olan "Royal Asset Management" şirkəti tərəfindən icarəyə götürülüb. Liviya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Malta bayrağı altında üzən tankerin ölkənin şərqindəki əs-Sidr iri neft limanına daxil olmasına icazə verməyib.

Xəbər lenti

Xəbər lenti