Azərbaycan, Bakı, 15 yanvar /Trend/
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov yanvarın 24-də Şabran rayonunda Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Trend Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı yanvarın 22-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
• Şabran "87 saylı Yol İstismarı" MMC (Şabran şəhəri, Bakı-Quba avtomobil yolunun 124-cü km-i)
• Siyəzən "4 saylı Yol İstismarı İdarəsi" (Siyəzən şəhəri, H.Əliyev küçəsi, 153)
• Xaçmaz "5 saylı Yol İstismarı İdarəsi" (Xaçmaz rayonu, Müşfiq qəsəbəsi)