...

Gəncəlilər unutmayacaq

Cəmiyyət Materials 17 Yanvar 2014 17:15 (UTC +04:00)
Bu gün YAP Gəncə şəhər Təşkilatında Gənclər-İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Gəncəlilər unutmayacaq

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Bu gün YAP Gəncə şəhər Təşkilatında Gənclər-İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Gənclər-İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, şəhər rəsmiləri, fəal gənclər və ictimiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə açıb. 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

GDU-nun baş müəllimi Yəhya Namazov çıxışında Sovet imperiyasına məxsus hərbi birləşmələrin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayətdən bəhs edib.

Tədbirin gedişində 20 yanvar hadisələrini əks etdirən videoçarx nümayiş etdirilib.

Aytən Uluxanovanın 20 yanvar hadisəsi ilə bağlı söylədiyi şeir, Səriyyə Məmmədovanın çıxışı tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

"20 Yanvar faciəsi elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətində olduğu Sovet imperiyasına qarşı əliyalın azadlıq mücadiləsinə qalxıb, özünün suverenlik və müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoyub. Hesab edirəm ki, 20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı" - deyə Fərid Dünyamalıyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti