...

Di Di Bricuoterin Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin biletləri artıq satışdadır (VİDEO)

Cəmiyyət Materials 24 Yanvar 2014 17:18 (UTC +04:00)
Məşhur caz ifaçısı, üç "Qremmi" və "Toni" mükafatı laureatı Di Di Bricuoterin (Dee Dee Bridgewater) fevralın 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək solo konsertinin biletləri artıq satışdadır.
Di Di Bricuoterin Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin biletləri artıq satışdadır (VİDEO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Məşhur caz ifaçısı, üç "Qremmi" və "Toni" mükafatı laureatı Di Di Bricuoterin (Dee Dee Bridgewater) fevralın 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək solo konsertinin biletləri artıq satışdadır.

Mərkəzdən Trend-ə bildiriblər ki, biletlərin qiymətləri 20, 50 və 100 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək mümkündür.

Əlavə məlumatları (012) 505 60 01, 505 60 03 telefon nömrələrinə zəng etməklə almaq olar.

Qeyd edək ki, müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln (Abby Lincoln) və Billi Holideyin (Billie Holiday) repertuarından əsərlər ifa edəcək.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti