...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 29 Yanvar 2014 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Yanvarın 29-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Azərbaycanın Yevlax və Mingəçevir rayonlarında neft kəşfiyyatına başlanması, 2013-ci ildə müdafiə sənayesində artım müşahidə olunması, ölkədə vulkanların tədqiq olunması, Azərbaycanın opera əfsanəsi "Gəlin qayası"nın Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnələşdirilməsi, BP-nin Avrasiyada hasilat və kəşfiyyat üzrə direktoru Qreq Raylinin BP-nin Azərbaycanda həyata keçirdiyi layihələr haqqında Xəzər Araşdırmalar Mərkəzinə müsahibəsi və digər məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti