Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Abituriyent" jurnalının 2013-cü ilin 12-ci sayında "2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili"ni dərc etmişdir.
Təhlildə öz əksini tapmış məlumatlara görə ali təhsil müəssisələrinin reytinq göstəriciləri 1-ci onluqda aşağıdakı kimi olmuşdur.
№ |
Ali təhsil müəssisəsi |
Reytinq |
1. |
Bakı Ali Neft Məktəbi |
14250 |
2. |
İnformasiya Texnologiyaları Universiteti |
12506 |
3. |
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
8428 |
4. |
Azərbaycan Tibb Universiteti |
6039 |
5. |
Azərbaycan Diplomatiya Akademiyası |
3804 |
6. |
"Qafqaz" Universiteti |
3659 |
7. |
Bakı Dövlət Universiteti |
3601 |
8. |
Azərbaycan Dillər Universiteti |
3125 |
9. |
Naxçıvan Dövlət Universiteti |
2973 |
10. |
Azərbaycan Dövlət Neft Akademiyası |
2907 |
Bakı Ali Neft Məktəbindən (BANM) Trend-ə verilən məlumatda deyilir ki, göründüyü kimi BANM özünün 2012-ci ildə əldə etdiyi liderlik mövqeyini yenə də qoruyub saxlamışdır.
2013-cü ilin tələbə qəbulunun nəticələrinə görə Bakı Ali Neft Məktəbində minimal keçid balı 634, "Neft-qaz mühəndisliyi" ixtisası üzrə orta bal 661, "Kimya mühəndisliyi" ixtisası üzrə 646, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 669 olmuşdur. 1-ci qrupda 600-dən çox bal toplamış 369 abiturientdən 121-i (32,79%-i) Bakı Ali Neft Məktəbinin ixtisaslarını seçmişlər.
"Neft-qaz mühəndisliyi" ixtisası 1-ci qrup ixtisasları üzrə müsabiqədə birinci yerdə ən çox göstərilmiş ixtisas olmuşdur. Belə ki, Azərbaycan bölməsində ixtisasa sənəd verənlərin ümumi sayının 58,75%-i, rus bölməsində isə 68,92%-i Bakı Ali Neft Məktəbinin bu ixtisasını birinci yerdə göstərmişdir.
Bakı Ali Neft Məktəbinin uğurları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrin perspektivləri, təhsil prosesinin mütərəqqi proqramlar və müasir texnologiyalar əsasında təşkili ilə bağlıdır.