...

Gəncədə 2014-cü ilin ilk qarı yağıb

Cəmiyyət Materials 31 Yanvar 2014 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Gəncədə 2014-cü ilin ilk qarı yağıb. Yerdə təxminən 5-6 sm qar olsa da yağıntı davam edir.

Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyindən verilən məlumata görə, şəhərin mərkəzi küçələrində piyadaların və avtomobillərin hərəkəti üçün heç bir çətinlik yoxdur. Şəhərin Gülüstan qəsəbəsində sürüşkən olan yollara duz və qum səpilib.

Birlikdən verilən məlumata görə, qışa hazırlıq məqsədilə artıq bir sıra tədbirlər həyata keçirilib. Qar təmizləyən maşınlar və digər texnikalar hazır vəziyyətdə saxlanılır. Bundan başqa, toplanan qum və duzun miqdarı da müəyyən edilib. Belə ki, artıq anbarda 500 kubmetr qum, 240 ton duz var. Bundan əlavə, 3 ədəd avtoqreyder, 4 ədəd özü süpürən avtomaşın, 40 ədəd özü boşaldan yük maşını qarın təmizlənməsi üçün hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti