...

Azərbaycanda ötən ay 1 mina partlaması hadisəsi qeydə alınıb

Cəmiyyət Materials 7 Fevral 2014 17:03 (UTC +04:00)
Azərbaycanda ötən ay 1 mina/PHS hadisəsi qeydə alınıb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda ötən ay 1 mina partlaması hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanda ötən ay 1 mina/PHS hadisəsi qeydə alınıb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2014-cü ilin yanvar ayı ərzində Azərbaycanda 1,942,923 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Təmizləmə əməliyyatları zamanı 409 PHS, 13 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 248,496,902 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 688,633-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Gəncə, Qəbələ, Xocavənd, Tərtər, eyni zamanda, Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti