...

Azərbaycan tələbələrinin ABŞ universitetlərində təhsil alması üçün yeni imkan

Cəmiyyət Materials 17 Fevral 2014 16:33 (UTC +04:00)
Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ universitetlərində bir semestrlik ödənişsiz təhsil almaq imkanı yaranıb.
Azərbaycan tələbələrinin ABŞ universitetlərində təhsil alması üçün yeni imkan

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ universitetlərində bir semestrlik ödənişsiz təhsil almaq imkanı yaranıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ universitetlərində bir semestrlik ödənişsiz təhsil almaq üçün Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD) ərizə qəbulu başlayıb. Proqram üçün son ərizə qəbulu tarixi fevralın 28-dəkdir (saat 17:00-a kimi).

Proqram IREX təşkilatı tərəfindən həyata keçirilir, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir və Azərbaycan Təhsil Nazirliyi tərəfindən dəstəklənir.

Proqram iştirakçıları bir akademik semestr ərzində dərslərdə iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti