...

Müdafiə naziri "Azərbaycan Ordusu" qəzetinin baş redaktorunu ehtiyata göndərdi

Cəmiyyət Materials 17 Fevral 2014 17:53 (UTC +04:00)
Müdafiə Nazirliyinə məxsus "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən azad edilərək ehtiyata göndərilib.
Müdafiə naziri "Azərbaycan Ordusu" qəzetinin baş redaktorunu ehtiyata göndərdi

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyinə məxsus "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən azad edilərək ehtiyata göndərilib.

Trend xəbər verir ki, bununla bağlı müvafiq əmr müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən hələ yanvarın 30-da imzalanıb. Əmrdə qəzetin baş redaktorunun xəstəliyi ilə əlaqədar vəzifəsindən azad edilərək ehtiyata göndərildiyi bildirilir.

Hələlik qəzetin baş redaktoru vəzifəsinə təyinat olmayıb.

Faktı Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, polkovnik-leytenant İ.Rüstəmov bir müddət əvvəl hərbi hospitalda müalicə olunurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti