...

Türkiyə Prokurorluğu rüşvət qalmaqalında saxlanılan iş adamlarının həbs müddətini uzadıb

Cəmiyyət Materials 18 Fevral 2014 09:48 (UTC +04:00)
Türkiyə Prokurorluğu rüşvət qalmaqalında həbs olunan iş adamlarının saxlanma müddətini uzadıb
Türkiyə Prokurorluğu rüşvət qalmaqalında saxlanılan iş adamlarının həbs müddətini uzadıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Prokurorluğu keçən il 17 dekabrda keçirilən antikorrupsiya tədbirləri zamanı saxlanılan iş adamı Rza Zərrab, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin həbs müddətini uzadıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Qeyd edək ki, bu il fevralın 14-də Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad edilib.

Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, onlarla insan saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti