...

Döyüş tapşırığını yerinə yetirərkən Xocalı qoyqırımı günü şəhid olan əsgərimiz dəfn edilib (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2014 17:40 (UTC +04:00)
Şəhid kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu dəfn edilib.
Döyüş tapşırığını yerinə yetirərkən Xocalı qoyqırımı günü şəhid olan əsgərimiz dəfn edilib (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Şəhid kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu dəfn edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində dünən şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu fevralın 27-də doğulduğu Xaçmaz rayonunun Sayad kəndində dəfn olunub.

Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xaçmaz Rayon İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən rayon ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verən Müdafiə Nazirliyinin nümayəndəsi müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını onun ailəsinə təqdim edib.

Vida mərasimi başa çatdıqdan sonra şəhid fəxri qarovulun və böyük izdihamın iştirakı ilə əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.

Şəhidin əzizləri, kənd ağsaqqalları dəfn mərasimini yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına, Müdafiə Nazirliyinin və rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti