...

Rəfail Mehdiyev: Azərbaycanda son 10 ildə cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 10 dəfə azalıb

Cəmiyyət Materials 28 Mart 2014 11:54 (UTC +04:00)
Azərbaycanda 1995-ci illə müqayisədə penitensiar müəssisələrdə vərəmdən ölüm halları 2010-cu ildə 58 dəfə azalmışdı. Son 10 ildə isə 10 dəfə azalıb.
Rəfail Mehdiyev: Azərbaycanda son 10 ildə cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 10 dəfə azalıb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 1995-ci illə müqayisədə penitensiar müəssisələrdə vərəmdən ölüm halları 2010-cu ildə 58 dəfə azalmışdı. Son 10 ildə isə 10 dəfə azalıb. Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, ədliyyə general-mayoru Rəfail Mehdiyev Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən hazırlanmış "Cəzaçəkmə yerlərində MDR vərəmlə mübarizə, Azərbaycan təcrübəsi" adlı filmin Azərbaycan dilindəki versiyasının təqdimatında deyib.

O bildirib ki, bu film Azərbaycan təcrübəsini həbsxanalarda səhiyyə ilə məşğul olan digər mütəxəssislər və ictimayyətlə bölüşmək imkanı verəcək. Belə bir filmin hazırlanmasına görə BQXK-ya minnətdarlığını bildirən İdarə rəisinin sözlərinə görə, 1995-ci ildən sonra Azərbaycanın penitensiar müəssisələrində vərəmlə mübarizə sahəsində böyük uğurlar əldə olunub: "Bu sahədə ən yeni müalicə metodları tətbiq olunur və bu iş Ümumdunya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir".

R.Mehdiyev qeyd edib ki, bu gün Azərbaycandakı bütün cəzaçəkmə müəssisələrində müayinələr aparılır, bəlğəm nümunələri toplanır və laboratoriyada yoxlanılır. Penitensiar müəssisələrdə 1995-ci ildən bəri 13 mindən artıq şəxs vərəmdən müalicə alıb. Uğurlu müalicənin səviyyəsi 86 faizə çatıb. Hazırda penitensiar müəssisələrdə vərəmlə xəstələnmə göstəricisi sürətlə aşağı enir: "Bu, 2013-cü ildə ən aşağı səviyyədə olub, aşkar olunmuş destruktiv formalı vərəmli şəxslərin sayı azalıb. Bu gün bizim penitensiar müəssisələrdə vərəm çöplərinin aşkar edilməsi üçün ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyamız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti