...

Afinada Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi ilə tanışlıq olub

Cəmiyyət Materials 10 Aprel 2014 17:22 (UTC +04:00)
Bu gün Yunanistanın Afina şəhərində fəaliyyət göstərən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi ilə tanışlıq olub.
Afinada Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi ilə tanışlıq olub

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Yunanistanın Afina şəhərində fəaliyyət göstərən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi ilə tanışlıq olub.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Yunanıstandakı səlahiyyatli və fövqəladə səfiri Rəhman Mustafayev, Mərkəzin sədri Yuannis Papaqriqori, Mərkəzin idarə heyətinin nümayəndəsi Günel Nəsirova, Yunanıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri Georgi Papadopolo və b. iştirak edirdilər.

İ.Babayev bu ilin yanvar ayından işə başlayan Gənclər Mərkəzinin Avropada açılmasının vacibliyini, ölkələrimizin gəncləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinin vacibliyini vurğuladı.

Yuannis Papaqriqori Dağlıq Qarabağ probleminə toxunaraq həmişə Azərbaycanı dəstəklədiklərini bildirdi.

Daha sonra İntiqam Babayev Gənclər və İdman Nazirliyi adından Mərkəzə hədiyyələr təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti