...

Azərbaycanda jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanının vaxtı açıqlandı

Cəmiyyət Materials 18 Aprel 2014 17:34 (UTC +04:00)
Azərbaycanda ali məktəblərin jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar aprelin 22-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər.
Azərbaycanda jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanının vaxtı açıqlandı

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəblərin jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar aprelin 22-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, qeydiyyatdan keçmiş bakalavrlar aprelin 18-dən başlayaraq TQDK-nın internet saytında müvafiq səhifəyə (http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər.

Azərbaycanda 2014-2015-ci tədris ili üçün jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq üçün cəmi 25 bakalavr sənəd verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti