...

Qaradağda Gül bayramı qeyd olunur (FOTO)

Cəmiyyət Materials 5 May 2014 17:05 (UTC +04:00)
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə Bakının Qaradağ rayonunda Gül bayramının keçirilməsi artıq ənənəyə çevrilib.
Qaradağda Gül bayramı qeyd olunur (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə Bakının Qaradağ rayonunda Gül bayramının keçirilməsi artıq ənənəyə çevrilib.

Keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, Milli Məclisin üzvü Mixail Zabelin və rayon ictimaiyyəti iştirak ediblər.

Rayon ərazisindəki Heydər parkı bəzədilərək gül-çiçəyə bürünmüşdü. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, tamaşa etməmək mümkün deyildi. Gül bayramında rayonun orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri, uşaq-gənclər yaradıcılıq mərkəzləri özlərinin əl işlərini nümayiş etdirirdilər.

Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunduğundan əl işlərinin mövzu və kompozisiyasında ulu öndərə olan sonsuz məhəbbət və ehtiram hissi təşkil edirdi. Al-əlvan, müxtəlif bəzək elementlərinin əks olunduğu paltarlar geyinmiş balaca körpələr də bayram şənliyinə əlavə yaraşıq gətirirdi.

Tədbir günün sonunda respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı ilə davam edərək atəşfəşanlıqla yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti