...

Baş nazirin müavini: Azərbaycanda ana və uşaq ölümü halları ciddi şəkildə araşdırılır

Cəmiyyət Materials 6 May 2014 13:47 (UTC +04:00)
Azərbaycanda ana və uşaq ölümü halları diqqətdən kənarda qalmır, bunların hər biri ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Әli Әhmədov jurnalistlərə deyib.
Baş nazirin müavini: Azərbaycanda ana və uşaq ölümü halları ciddi şəkildə araşdırılır

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ana və uşaq ölümü halları diqqətdən kənarda qalmır, bunların hər biri ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Әli Әhmədov jurnalistlərə deyib.

Ana və uşaq ölümü ilə bağlı halların baş verməsinə təəssüfləndiyini deyən Ә.Әhmədovun sözlərinə görə, qarşıya qoyulan əsas məsələlərdən biri ana və uşaq ölümü hallarının qarşısını almaqdır: "Bizim istəyimizdən asılı olmayaraq, belə hallar olur. Әgər kiminsə günahı ucbatından belə şeylər baş verirsə, həmin şəxs cəzasını alır. Bu gün Prezident İlham Əliyevin tələbi ondan ibarətdir ki, Azərbaycanda ana-uşaq ölümü kimi hallar baş verməsin, ümumiyyətlə, Azərbaycan əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın. Bizim məqsədimiz bundan ibarətdir".

Ә.Әhmədov bildirib ki, Azərbaycanda hər bir vətəndaşın yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaq hüququ var.

Onun sözlərinə görə, ölkədə səhiyyənin infrastrukturu yenilənib, Azərbaycanda dünya standartlarına uyğun səhiyyə müəssisələri istifadəyə verilib: "İndiki halda bizim qarşımızda duran əsas məsələ səhiyyə xidmətinin keyfiyyətini yüksəltmək, həkimlərin peşəkarlıq səviyyəsini artırmaqdır. Biz istəyirik ki, hər bir azərbaycanlıya ölkəmizdə yüksək səviyyədə səhiyyə xidməti göstərilsin ki, Azərbaycandan kənara müalicə üçün gedənlər olmasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti