Azərbaycan, Bakı, 16 may /Trend, müxbir R.Hafizoğlu/
Manisa vilayətində kömür mədənində baş vermiş qəzanın qurbanlarının sayı 300 nəfərə çata bilər. Trend cümə günü "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib.
Onun sözlərinə görə, hazırda dağıntılar altında 18 nəfər qalıb.
T.Yıldızın sözlərinə görə, hökumətin birinci dərəcəli vəzifəsi dağıntılar altında qalmış mədən işçilərinin xilas edilməsidir.
Nazir qeyd edib ki, xilasetmə əməliyyatlarının yaxın vaxtlarda başa çatacağı gözlənilir.