Azərbaycan, Bakı, 19 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Manisa vilayətinin Soma şəhərində daş kömür mədənindəki partlayışla əlaqədar olaraq 25 nəfər saxlanılıb.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında "Soma Holding" şirkətinin idarə heyətinin başçısı Can Gürkan da var.
Saxlanılan 25 nəfərdən 5-nin həbs olunduğu bildirilir.
Məlumata əsasən, "Soma Holding" şirkəti daş kömür mədənində baş vermiş faciə nəticəsində ölən 301 və yaralanan 486 nəfərin ailəsinə ümumilikdə 350 milyon lirə təzminat ödəyəcək.