...

Əməkdar jurnalist Qədir Aslanın 70 illik yubiley gecəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 22 May 2014 10:36 (UTC +04:00)
Azərbaycanın tanınmış media təmsilçilərinin, Bakı şəhərinin bir sıra rayonlarının icra hakimiyyəti nümayəndələrinin və millət vəkillərinin iştirak etdiyi yubiley gecəsini Göyçə mahalının el ağsaqqalı Becan Qasımov açaraq, ömrünün 50 ildən çoxunu yaradıcılıq fəaliyyətinə həsr etmiş yazıçı, publisist, əməkdar jurnalist Qədir Aslanın çətin və mənalı həyat yolundan bəhs edib.
Əməkdar jurnalist Qədir Aslanın 70 illik yubiley gecəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend/

Əməkdar jurnalist Qədir Aslanın 70 illik yubiley gecəsi keçirilib.

Azərbaycanın tanınmış media təmsilçilərinin, Bakı şəhərinin bir sıra rayonlarının icra hakimiyyəti nümayəndələrinin və millət vəkillərinin iştirak etdiyi yubiley gecəsini Göyçə mahalının el ağsaqqalı Becan Qasımov açaraq, ömrünün 50 ildən çoxunu yaradıcılıq fəaliyyətinə həsr etmiş yazıçı, publisist, əməkdar jurnalist Qədir Aslanın çətin və mənalı həyat yolundan bəhs edib.

Qeyd edib ki, 20 ildən çox Qərbi Azərbaycanın Basarkeçər rayonunun "Vardenis"qəzetində müxtəlif vəzifələrdə çalışmış Qədir Aslan Göyçə ədəbi məktəbinin formalaşmasında,gənc yazıçı - jurnalist nəslinin yetişdirilməsində müstəsna rol oynamış, öz zəngin yaradıcılığı ilə daima erməni hiyləgərliyinin ifşa olunmasında üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmişdir.

Yubiley gecəsində çıxış edən Respublika qəzetinin baş redaktorunun müavini Hümmət Musayev, Azərbaycan Teleradio Verilişləri QSC-nin sədr müavini, əməkdar jurnalist Faiq Hüsiyev, tibb elmləri doktoru Qələndər Canbaxışov, Qələndər Klinikasının rəhbəri, professor Vaqif Qələndər, tanınmış telejurnalist Rafiq Həşimov, Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov, Ukrayna Azərbaycanlıları konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev çıxış edərək, yüzlərlə məqalə və oçerklərin, 10-dan çox kitabın müəllifi olan Qədir Aslanın zəngin yaradıcılığından söz açmış, bu gündə böyük şövqlə yazıb yaradan yubiliyara yeni-yeni uğurlar arzulamişlar.

Gecədə yubiliyara xoş və səmimi təbriklərini çatdıran millət vəkili Adil Əliyev, tibb elmləri doktoru Maqsud Qasımov və digər rəsmi şəxslər təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçilik ideologiyasının təbliğ olunmasında, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların işıqlandırılmasında səmərəli fəaliyyət göstərən Qədir Aslana uzun ömr ,can sağlığı dilədilər.

Həzin musiqi sədaları ilə davam edən gecədə Qədir Aslana Ukrayna Qızıl Fortuna Beynəlxalq reytinq Akademiyasının 2-ci dərəcəli əmək Ordeni, Ukraynadakı milli diasporumuzun və Azərbaycan Gənclər təşkilatının "Qızıl Buta "və "Qızıl Pero" mükafatları, o cümlədən bir sıra İcra Hakimiyyətlərinin və ictimai təşkilatların fəxri diplomları təqdim olundu.

Tədbirdə çıxış edən yazıçı, publisist Qədir Aslan ömrünün 70-ci baharını onunla birgə qeyd edən yubiley iştirakçılarına ailəsi və öz adından dərin minnətdarlığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti