...

Bakıda ana və uşaq ölümü hadisəsi baş verib

Cəmiyyət Materials 2 İyun 2014 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakının Suraxanı rayon 3 saylı Doğum Evində ana və uşaq ölümü hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, 33 yaşlı Vəliyeva Aynurə və onun körpəsinin ölümünün ilkin səbəbinin emboliya olduğu hesab edilir.

Artıq hadisə ilə bağlı araşdırmaların aparılmasına başlanıb. Ölümün dəqiq səbəbi Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırıldıqdan sonra məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti