Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/
İyunun 3-də respublikanın avtomobil yollarında baş verən yol qəzaları nəticəsində 7 nəfər həyatını itirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-də respublika yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb.
Ümumilikdə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların 26-sı "isti izlər"lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 23 nəfər tutulub.