...

Zaur Məmmədov: İdeya Qazandı layihəsi çox gözəl təşəbbüsdür

Cəmiyyət Materials 12 İyun 2014 14:09 (UTC +04:00)
Bugünkü müsahibimiz, Azərbaycan televiziya məkanına yenilik gətirmiş, işgüzar realiti proqramı İdeya Qazandı layihəsinin investorlarından Zaur Məmmədovdur. Harvard Biznes Məktəbinin yetirməsi olan Zaur Məmmədov Veritas Management Systems şirkətinin qurucusudur.
Zaur Məmmədov: İdeya Qazandı layihəsi çox gözəl təşəbbüsdür

Bugünkü müsahibimiz, Azərbaycan televiziya məkanına yenilik gətirmiş, işgüzar realiti proqramı İdeya Qazandı layihəsinin investorlarından Zaur Məmmədovdur. Harvard Biznes Məktəbinin yetirməsi olan Zaur Məmmədov Veritas Management Systems şirkətinin qurucusudur.

Zaur müəllim İdeya Qazandı layihəsində investor kimi iştirak edirsiz. Ümumiyyətlə layihə haqqında düşüncələrinizi öyrənmək istərdik.

İlk dəfədir ki, Azərbaycan televiziyasında belə bir biznes formatlı layihə keçirilir və mən deyərdim ki bu çox gözəl təşəbbüsdür. İdeya qazandı layihəsini, həm peşəkar komandalar tərəfindən hazırlanmış keyfiyyətli, intellektual bir televiziya proqramı kimi həm də innovativliyi ilə seçilən proqressiv layihə kimi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu cür layihələr gənc təşəbbüskarların biznes yönümlü düşünmə tərzlərinin inkişafına dəstək verəcəkdir.

Sizin belə bir layihədə investor kimi iştirakınız məqsədi nədir?

Layihədə iştirakımın əsas məqsədi Azərbaycanda intellektual sahibkarlığın inkişafına töhfə verməkdir. Axı mən özüm də şəxsən intelletual sahibkarlıqla məşğulam. Sıfırdan qurduğum konsaltinq şirkəti hal-hazırda Azərbaycanın ən aparıcı menecment konsaltinq şirkətlərindən biridir. İstərdim ki, elə bu layihə vasitəsi ilə inkişaflarının ilkin mərhələsində olan ideya müəllifləri ilə işləyim və maliyyə resursları ilə yanaşı öz təcrübəmi, fikirlərimi paylaşaraq onlara yol göstərim.

Qeyd etdiniz ki ideya müəllifləri ilə işləmək istəyirsiniz. Bəs siz hansı ideyalara investisiya etmək istərdiz?

Təbii ki idea mənim üçün önəmlidir. Xüsusilə unikal və altında güclü biznes modeli dayanan ideyalara məncə vaxt və digər resurslar ayırmağa dəyər. Ancaq ideyadan da önəmlisi ideyanı həyata keçirəcək şəxslərdir. Çünkü yalnız ən bacarıqlı, ən əzmkar, ən çox özünə güvənən adamlar ideyasını biznesə çevirə bilirlər. Elə bu səbəblə mən ideya ilə yanaşı onu təklif edən adamın potensialını da nəzərə alıram.

Proqram zamanı belə potensiallı iştirakçılarla qarşılaşdızmı? Ümumiyyətlə iştirakçılar haqqında təsuratlarınız necədir?

Əlbəttə potensiallı iştirakçılar var idi və artıq bəzilərinə pul ayırmışıq. Ümumiyyətlə iştirakçılar haqqındaki təsüratlarım da müsbətdir. Həqiqətən layihə zamanı çox fərqli fikirlərlə, biznes ideyaları ilə qarşılaşdıq. Eyni zamanda proqramda nisbətən zəif ideyalar və hazırlıqsız iştirakçılar da var idi. Amma nəzərə alsaq ki belə formatlı layihə və veriliş ilk dəfə həyata keçirilir bütün bunları normal hesab etmək olar. Hər bir halda biz iştirakçıların biznes yanaşmalarını inkişaf etdirmək üçün çalışdıq.

Zaur müəllim, deyə bilərikmi ki İdeya Qazandı verilişi vasitəsi ilə biznes çevrələrində xüsusi ilə də gənclər arasında təşəbbüskarlıq artsın?

Əlbəttə deyə bilərik.Fikrimcə ölkəmizdə kifayət qədər potensial biznes yönümlü gənclər var. İdeya Qazandı kimi layihələrin bu gənclər arasında sahibkarlıq ideyasının popularlaşmasına və onlarda biznes düşüncə tərzinin formalaşmasına faydalı olacağına inanıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti