Azərbaycan, Bakı, 17 iyun /Trend, İlkin İzzət/
İyunun 16-da Azərbaycan yollarında baş verən qəzalar nəticəsində 12 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 16-da respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 20 nəfər yaralanıb.
Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 57 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər"lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.