...

"Azəriqaz"dan əhaliyə xəbərdarlıq

Cəmiyyət Materials 27 İyun 2014 09:51 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi əhaliyə müraciət edib.
"Azəriqaz"dan əhaliyə xəbərdarlıq

Azərbaycan, Bakı, 27 iyun /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi əhaliyə müraciət edib.

İB-dən Trend-ə verilən məlumata görə, "Azəriqaz" İstehsalat Birliyi bildirir ki, qazdan istifadəyə görə yaranmış debitor borclarını iyun ayının sonunadək tam ödəməyən abonentlərin qaz təchizatı 2014-cü ilin 1 iyul tarixindən etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyi bir daha bütün abonentlərdən təbii qazdan istifadəyə görə yaranmış borclarını vaxtında və tam ödəməyi xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti