...

Çingiz Qənizadə: Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizə uğurla davam edir

Cəmiyyət Materials 11 İyul 2014 16:17 (UTC +04:00)
Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizə uğurla davam edir. Bunu Trend-ə iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizəyə dair fikirlərini şərh edərkən millət vəkili Çingiz Qənizadə deyib.
Çingiz Qənizadə: Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizə uğurla davam edir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizə uğurla davam edir. Bunu Trend-ə iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizəyə dair fikirlərini şərh edərkən millət vəkili Çingiz Qənizadə deyib.

Ç.Qənizadə xatırladıb ki, 2011-ci ilin təxminən yanvar ayından başlayaraq cənab Prezident ölkədə rüşvət və korrupsiyaya qarşı müabrizənin gücləndirilməsi ilə bağlı bir sıra qərararlar verdi. Milli Məclis qanunvericiliyə çoxsaylı dəyişikliklər etdi.

Deputatın sözlərinə görə, cənab Prezidentin Tovuzda çıxışı zamanı ictimaiyyətin rüşvət və korrupsiyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarına dəstək olmasının vacibliyini söyləməsi uğurlu mübarizəyə təkan verdi: "İyunun 24-də cənab Prezident Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı da bəyan etdi ki, korrupsiyaya qarşı mübarizə davam edir, mühüm addımlar atılır, uğurlu nəticələr əldə edilib. "ASAN xidmət" də bu mübarizənin bariz nümunəsidir".

Ç.Qənizadə deyib ki, doğurdan da "ASAN xidmət"in yaradılması korrupsiyanın qarşısını alıb: "Cənab Prezidentin siyasi iradəsi var. Ona hamımız kömək etməliyik. Bir şeyi qeyd edim ki, dünyanın heç bir ölkəsində rüşvət və korrupsiyanın 100 faiz aradan qaldırılması mümkün olmayıb. Müəyyən faiz dərəcələri, fərqlər ola bilər və Azərbaycan da bu istiqamətdə irəliləyir. Belə hesab edirəm ki, bu uğurlu işlər yaxın gələcəkdə Azərbaycanın korrupsiyanın və rüşvətin ən aşağı faiz dərəcələri olan dövlətlərlə bir sırada olmasına gətirib çıxaracaq. Cəmiyyətin müxtəlif təbəqələri də öz növbəsində dövlət orqanlarına və cənab Prezidentin bu siyasətinə yardımçı olmalıdır. Vətəndaşlar belə hallara qarşı barışmaz olmalı, özləri onlara şərait yaratmamalı, bu işdə vasitəçi olmamalı və özlərinə qarşı belə hərəkət olduqda hüquq-mühafizə orqanlarına "qaynar xətt"lə məlumat verməlidirlər".

Qeyd edək ki, iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir: "Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti