...

Azərbaycanda saxta pivə istehsalçısı barəsində iş qaldırılıb

Cəmiyyət Materials 1 Avqust 2014 18:54
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 32B ünvanında fəaliyyət göstərən “Kristal CF” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunub.
Azərbaycanda saxta pivə istehsalçısı barəsində iş qaldırılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 avqust /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 32B ünvanında fəaliyyət göstərən "Kristal CF" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı pivə qablarının ön tərəfində məlumatların istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi, həmçinin məhsulun qida və enerji dəyəri, saxlanılma temperaturu barədə düzgün olmayan məlumatların göstərildiyi aşkar edilib.

Bundan başqa, müəssisədə pivənin Çexiya istehsalı olan açıq rəngli arpa səmənisindən istehsal edilmədiyi halda, etiketində məhsulun bu arpadan istehsal edildiyi barədə istehlakçılara yanlış məlumatların verildiyi müəyyənləşdirilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Kristal CF" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti