...

Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 13 Avqust 2014 12:13 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) ilə birlikdə “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihəsi hazırlayıb.
Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir H.Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) ilə birlikdə "Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında" qanun layihəsi hazırlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.2-ci bəndindən irəli gələn məsələlərin həlli ilə bağlı hazırlanan qanun layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq baxılması üçün hökumətə təqdim olunub.

"Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında" qanun layihəsində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, idarə edilməsi, təhlükəsizliyinin təmin olunmasının əsas meyarları, inteqrasiyası və ləğvi, həmçinin dövlət informasiya sistemlərinin və ehtiyatlarının subyektlərinin hüquq və vəzifələrinin əsasları müəyyən edilib, onlar arasında qarşılıqlı əlaqə zamanı yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı məsələlər nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti