Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/
Həftəsonu Azərbaycanda 16 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 11 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə bildiriblər ki, sentyabrın 13-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş qəzalar nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Sentyabrın 14-də isə ölkə yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.