Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/
Ötən həftə sonu Azərbaycan yollarında 13 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, ötən şənbə və bazar günləri Azərbaycan ərazisində 16 yol qəzası qeydə alınıb. Hadisələr zamanı 13 nəfər ölüb, 41 nəfər yaralanıb.
Sentyabrın 20-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Sentyabrın 21-də isə yollar al qana bulaşıb. Belə ki, ölkənin avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 11 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətli alıb.