...

Səhiyyə Nazirliyi ölkədə doğuş zamanı ana ölümləri ilə bağlı vəziyyətə aydınlıq gətirib

Cəmiyyət Materials 25 Sentyabr 2014 13:02 (UTC +04:00)
Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı ildən-ilə azalır. Trend xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.
Səhiyyə Nazirliyi ölkədə doğuş zamanı ana ölümləri ilə bağlı vəziyyətə aydınlıq gətirib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı ildən-ilə azalır. Trend xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.

Səhiyyə nazirinin müavini bildirib ki, 2012-ci ildə ölkədə 34 ana ölümü qeydə alınıb. Ötən il bu rəqəm 25 olub. Bu ilin 9 ayı ərzində isə 18 ana doğuş zamanı ölüb: "Bütün ana ölümləri nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Günahı olan şəxslər cəzalandırılır. Ana ölümü olmayan ölkələr yoxdur. Lakin biz bu rəqəmin aşağı olmasına çalışmalıyıq".

E.Ağayev bununla bağlı əhaliyə həkimə vaxtında müraciət etmələrini, insanların, xüsusən də gənc anaların öz sağlamlığına diqqətlə yanaşmalarını tövsiyə edib

O, həmçinin qeyd edib ki, Azərbaycan təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutur: "Azərbaycanda artım əmsalı 12,8-dir. Bu da doğuşların sayının ildən-ilə artdığını göstərir. Ötən il ərzində ölkədə 170 mindən artıq uşaq doğulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti