...

ƏƏSMN 5 rayonda 376 nəfər işsiz və işaxtaran vətəndaşa boş iş yerlərinə göndəriş verib

Cəmiyyət Materials 26 Sentyabr 2014 14:47 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın 5 rayonunda (Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər) Əmək yarmarkaları keçirilib.
ƏƏSMN 5 rayonda 376 nəfər işsiz və işaxtaran vətəndaşa boş iş yerlərinə göndəriş verib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın 5 rayonunda (Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər) Əmək yarmarkaları keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalar zamanı 67-si özəl sektora məxsus 136 müəssisədən 1033 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerləri də olub. Tədbirlərdə təqdim olunan boş iş yerlərində əmək haqqının ən aşağı həddi 140 manat, ən yüksək həddi isə 1330 manat təşkil edib. Yarmarkaların nəticəsi olaraq, ümumilikdə 376 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib.

Müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 77 nəfər, ödənişli ictimai işlərdə çalışmaq üçün 18 nəfər qeydiyyata götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti