...

Azərbaycanda Qurban bayramı günlərində yol qəzalarının statistikası

Cəmiyyət Materials 7 Oktyabr 2014 11:15 (UTC +04:00)
Yol qəzaları zamanı 8 nəfər ölüb, 55 nəfər xəsarət alıb.
Azərbaycanda Qurban bayramı günlərində yol qəzalarının statistikası

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda Qurban bayramı günlərində yol qəzalarının statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, oktyabrın 4-dən 7-nə kimi ölkə ərazisində 46 yol qəzası baş verib.

Yol qəzaları zamanı 8 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

K.Əliyev sürücüləri bir daha diqqətli olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti