...

Düşənbə aeroportunda Ebola virusu ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Cəmiyyət Materials 21 Oktyabr 2014 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Düşənbə Beynəlxalq Aeroportunda Ebola virusunun yayılması ilə əlaqədar xüsusi təhlükəsizlik tədbirləri tətbiq edilib. Bu barədə aeroportun mətbuat katibi Mahmadyusuf Şodiyev bildirib. Trend xəbər verir ki, bu barədə "Avesta.Tj." məlumat yayıb.

Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri epidemiyanın əhatə etdiyi ölkələrdən birbaşa və ya transfer reyslərlə gələn bütün sərnişinlərin monitorinqinin aparılmasını nəzərdə tutur: "Şübhəli sərnişinlərə birbaşa aeroportda bəzi suallara cavab vermək təklif olunur və temperaturları ölçülür. Xəstəliyə xas simptomlar aşkar olunduqda sərnişin tibb işçilərinə təhvil verilir və əlavə tədbirlər görülür".

Ebola - ölümcül təhlükəli xəstəlikdir. O, yoluxmuş insanın qanı və ya ifrazatı ilə, həmçinin yoluxmuş insanın əşyaları ilə birbaşa əlaqə nəticəsində yayıla bilər.

Ebola virusu ən çox qohumlar və dostlar vasitəsilə yayılır, çünki onlar xəstə insanlara qulluq vaxtı onlarla sıx əlaqədə olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti