...

ABŞ-da daha bir Ebola virusundan sağalma halı qeydə alınıb

Cəmiyyət Materials 22 Oktyabr 2014 12:43 (UTC +04:00)
Amerikalı həkimlər Liberiyada Ebola virusuna yoluxmuş NBC teleşirkətinin operatoru Aşoka Mukponun tamamilə sağaldığını bildiriblər.
ABŞ-da daha bir Ebola virusundan sağalma halı qeydə alınıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Amerikalı həkimlər Liberiyada Ebola virusuna yoluxmuş NBC teleşirkətinin operatoru Aşoka Mukponun tamamilə sağaldığını bildiriblər. Trend xəbər verir ki, bu barədə "İnterfkas" Amerika mətbuatına istinadən məlumat yayıb.

Xəstənin müalicə kursu keçdiyi Nebraska ştatındakı tibbi mərkəzin həkimləri bildirirlər ki, Mukpoya artıq çərşənbə günü evə qayıtmağa icazə veriləcək.

Mukpo bildirib ki, sağalması ilə bağlı xəbərdən şaddır, lakin bununla bağlı bir qədər narahatlıq keçirir: "Eboladan sağalmaq həqiqətən qəribə hissdir. Hədsiz sayda insan mənim qədər şanslı deyil. Sağ qaldığıma görə xoşbəxtəm".

Yeri gəlmişkən, ABŞ Milli Səhiyyə İnstitutu bir müddət əvvəl Liberiyadan gətirilən və az sonra vəfat edən pasiyentin müalicəsi zamanı Ebola virusuna yoluxan tibb bacısı Nina Femin vəziyyətinin yaxşılaşdığını bəyan edib: "Nina Femin vəziyyəti kafidən yaxşıya doğru dəyişir. Başqa təfərrüatlar hələlik yoxdur".

Dünən sentyabrda Syerra-Lionda Ebola virusuna yoluxan amerikalı həkimin Atlantadakı Emori Universiteti yanındakı xəstəxanada uğurla müalicə kursu keçdiyi və altı həftədən sonra evə yazıldığı məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti