...

Türkiyədə zəvvarların hamısı "Ebola" virusu təhlükəsi barədə məlumatlandırılıb

Cəmiyyət Materials 23 Oktyabr 2014 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Səudiyyə Ərəbistanından Türkiyəyə qayıdan zəvvarların hamısı "Ebola" və "tac" (MERS) viruslarının təhlükəsi barədə məlumatlandırılıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Həcc ziyarətindən qayıdan zəvvarların, demək olar, hamısı ev şəraitində həkimlərin nəzarəti altındadır.

Qeyd edək ki, Türkiyədə "Ebola" virusu şübhəsi ilə Həcc ziyarətindən qayıtmış daha bir ölkə vətəndaşı xəstəxanaya yerləşdirilib. Beləliklə, Türkiyədə "Ebola" virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı altı nəfərə çatıb. Onlardan beşi Həcc ziyarətindən qayıdıb, biri isə Somalidə təhsil alan tələbədir.

Məlum olduğu kimi, "Ebola" virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti