Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
ABŞ-ın klinikalarında "Ebola" virusu ilə mübarizə aparmaq üçün işçi heyəti və resurslar çatışmır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın İnfeksiya və Epidemiologiya Nəzarəti üzrə Peşəkarlar Assosiasiyasının (APIC) mütəxəssisləri deyiblər.
Onların sözlərinə görə, ABŞ xəstəxanalarının yalnız 6 afizi "Ebola" virusuna yoluxmuş xəstələri qəbul etməyə hazırdır.
APIC mütəxəssisləri bu qənaətə təcili yardım xəstəxanalarında işləyən 1039 tibb işçisi arasında aparılan sorğuya əsasən gəliblər.
Hər il ABŞ-da infeksiyadan təqribən 75 min insan ölür ki, bu da avtomobil qəzalarında ölənlərin sayından iki dəfə çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının oktyabrın 19-na olan məlumatına görə, virusun qeydə alındığı 5 ölkədə (Qvineya, Liberiya, Syerra-Leone, ABŞ, İspaniya) 9 936 nəfərdə "Ebola" virusu aşkarlanıb, bu xəstəlikdən ölənlərin sayı isə 4887-yə çatıb.