...

"Azərbaycan teleseriallarında "vor zakon"lar və əxlaqsızlıq yuvaları təbliğ olunur"

Cəmiyyət Materials 5 Noyabr 2014 18:13 (UTC +04:00)
“Azərbaycan teleseriallarına baxarkən öldürmək, atmaq və narkotik satmaq kimi mənfi halları müşahidə edirsən”.
"Azərbaycan teleseriallarında "vor zakon"lar və əxlaqsızlıq yuvaları təbliğ olunur"

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan teleseriallarına baxarkən öldürmək, atmaq və narkotik satmaq kimi mənfi halları müşahidə edirsən". Trend-in məlumatına görə, bu barədə millət vəkili Çingiz Qənizadə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Ç.Qənizadə bildirib ki, televiziyalarda serialların çəkilişi üçün ölkə başçısının sərəncamı ilə vəsait ayrılır: "Amma bu seriallarda nələrin təbliğ olunduğuna diqqət yetirilməlidir. Bu seriallarda narkomaniya, cəzaçəkmə müəssisələrindəki "vor zakon"lar və əxlaqsızlıq yuvaları təbliğ olunur".

O, qeyd edib ki, cənab Prezident serialların çəkilməsi üçün humanistlik göstərib: "Amma biz sadaladığımız halların şahidi oluruq. Bu, biabırçılıqdır. Hesab edirəm ki, bunlara nəzarət edən bir qurum lazımdır".

Millət vəkili eyni zamanda polis idarələrində müstəntiqlərin sayının artırılması təklifi ilə çıxış edib. O bildirib ki, bu gün polis idarələrində müstəntiqlərin sayı 12-16 nəfər arasında dəyişir: "Hər bir müstəntiqin icraatında 15-dən çox cinayət işi ilə bağlı materiallar var. Belə olan halda bu müstəntiqlər işinin öhdəsindən kifayət qədər obyektiv və səmərəli gələ bilmirlər. Burada insan haqlarının pozulması ilə bağlı məqamlar ortaya çıxır. Prokurorluqda, daxili işlər orqanlarında istintaq, təhqiqat, əməliyyat-axtarış sistemlərinə nəzarət edən şöbə var. Büdcədə nələrisə saxlamaq şərtilə həm polis orqanlarında müstəntiqlərin sayının, həm də prokurorluqda bu sahəyə nəzarət sisteminin artırılmasına diqqət yetirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti