...

Bakıda Olimpiya stadionuna necə getmək olacaq? (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2014 10:40 (UTC +04:00)
Bakıda nəqliyyat vasitələrinin Olimpiya stadionuna birbaşa, təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə görülən işlərin mövcud vəziyyəti açıqlanıb.
Bakıda Olimpiya stadionuna necə getmək olacaq? (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda nəqliyyat vasitələrinin Olimpiya stadionuna birbaşa, təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə görülən işlərin mövcud vəziyyəti açıqlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bidirib ki, I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Böyükşor gölü sahilində yeni tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa, təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel, 6 hərəkət zolaqlı yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir: "Layihəyə uyğun olaraq 2 tunel, 2 körpü, 1 yeraltı və 1 yerüstü piyada keçidləri nəzərdə tutulub. İşlərinin təxminən 70 faizi yerinə yetirilən, uzunluğu 276 m, qapalı hissəsi 58,5 m olan 1-ci tunelin və uzunluğu 205 m olan 1-ci körpünün, eləcə də uzunluğu 169 m olan 2-ci körpünün tikintisi başa çatdırıldıqdan sonra yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Heydər Əliyev Beynəlxalq Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa çıxışı təmin olunacaq".

Onun sözlərinə görə, tikinti işlərinin böyük hissəsi yerinə yetirilən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən uzunluğu 462 m, qapalı boyu 54,3 metr olan 2-ci tunel yeni tikilən avtomobil yolundan istifadə etməklə Olimpiya stadionu ərazisinə birbaşa, təhlükəsiz hərəkəti təmin edəcək və stadion ərazisində tikilən dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaradacaq. Bundan əlavə, metronun "Koroğlu" stansiyası ərazisindən Olimpiya stadionuna piyadaların təhlükəsiz keçidini təmin etmək məqsədilə inşa olunan piyada körpüsündə işlərin 80 faizi yerinə yetirilib, piyada tunelində isə qazma işləri başa çatdırılıb.

P.Mürsəliyev qeyd edib ki, sözügedən layihələrin 2015-ci ilin aprel ayınadək başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti